Saakaşvilinin vəkilləri Strasburq məhkəməsinə müraciət etdi

Ermənistanın sabiq prezidenti Mixail Saakaşvilinin vəkilləri onun azadlığa buraxılması üçün Strasburq məhkəməsinə müraciət ediblər.
Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə vəkillərdən biri Şalva Xaçapuridze sosial şəbəkələrdə məlumat verib.
Qeyd edək ki, Saakaşvili 2021-ci il oktyabrın 1-də həbs olunduqdan dərhal sonra elan etdiyi 50 günlük aclıq aksiyasından sonra 2022-ci ilin may ayından etibarən Vivamed klinikasında müalicə alır.