Fransalı general ilk dəfə Ukraynaya gəldi

Aprelin 13-də Fransa Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisi general Tyeri Burkar ilk dəfə Ukraynaya səfər edib.
Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, o, ukraynalı həmkarı Valeri Zalujnı ilə görüşüb.
Zalujni qeyd edib ki, bu səfər Rusiya ilə müharibədə fransalı həmkarlarının Ukrayna ordusuna dəstəyinin bariz nümunəsidir.
"General Byurkarla mənalı danışıqlar apardıq. O, cəbhədəki vəziyyətlə tanış oldu, Ukraynanın artilleriya mərmilərinə və digər döyüş sursatlarına, hava hücumundan müdafiə və F-16 qırıcılarına olan ehtiyaclarına ətraflı diqqət yetirdi", - general bildirib.