Kuleba Yaxın Şərq ölkəsinə səfər edəcək


Ukraynanın xarici işlər naziri Dmitro Kuleba sabah İraqın paytaxtı Bağdada işgüzar səfər edəcək.

“Report” “Shafaq News”a istinadən xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kulebanın səfərinin məqsədi ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə etmək və bu sahədə müxtəlif regional və beynəlxalq problemlərin həlli ilə bağlı məsləhətləşmələr aparmaqdır.

Eyni zamanda qeyd olunub ki, Ukraynanın baş diplomatı səfəri zamanı İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani və onun müavini və xarici işlər naziri Fuad Hüseynlə görüşəcək.