ABŞ-da atışma olub, 4 nəfər ölüb, 20 nəfər yaralanıb

ABŞ-da atışma olub.

APA-nın “The Hill” qəzetinə istinadən verdiyi xəbərə görə, Alabama ştatının Dadevil şəhərində atışmada ən azı 4 nəfər ölüb, 20 nəfər yaralanıb.

Hadisə şənbə günü yerli vaxtla saat 22.30 radələrində rəqs studiyasında bir yeniyetmənin 16 yaşının qeyd edildiyi mərasimdə baş verib.