Acun  30 mindən çox uşağa 40 min oyuncaq hədiyyə edib

Məşhur televiziyaçı, aparıcı Acun Ilıcalı zəlzələ qurbanlarına mənəvi yardım etməyə davam edir.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, beş zəlzələ bölgəsinə oyuncaq göndərən Ilıcalı, Adıyaman və Kahramanmaraşın konteyner şəhərlərini gəzərək uşaqlara oyuncaqlar paylayıb. Bir gündə iki şəhərə gedərək uşaqlarla görüşən Ilıcalı 5 bölgədə 30 mindən çox uşağa 40 min oyuncaq hədiyyə edib. Eyni zamanda ACUNMEDYA komandası Hatayda oyuncaqlar paylayıb. Uşaqlar Ilıcalının onları oyuncaqlarla ziyarət etməsinə seviniblər.  Hatay, Adıyaman və Kahramanmaraş bələdiyyələri təşkilata dəstək verib.

Turan