Ukraynanın xarici işlər naziri Bağdada səfər edəcək

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bazar ertəsi Bağdada rəsmi səfər edəcək.

APA-nın məlumatına görə, bu barədə “Shafaq News” portalı İraq Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əhməd əl-Sahafa istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Kulebanın İraqın baş naziri Məhəmməd əl-Sudani və İraqın xarici işlər naziri Fuad Hüseynlə görüşü nəzərdə tutulub. Tərəflər ikitərəfli münasibətlərin möhkəmləndirilməsini müzakirə edəcək, müxtəlif sahələrdə əməkdaşlığa dair məsləhətləşmələr aparacaqlar.

Ukrayna tərəfi hələlik bu məlumatı şərh etməyib.