İran hicaba əməl edilmədiyi üçün 150-dən çox obyekt bağlanıb

Qadınların hicab taxmaq öhdəliyinə əməl etmədikləri üçün İranda son 24 saat ərzində 150-dən çox iş yeri bağlanıb.

APA-nın “mignews”a istinadən verdiyi xəbərə görə, bağlanma polisin müşahidə kameraları və üztanıma texnologiyasından istifadə edərək qanunu pozan qadınlara qarşı mübarizəsi çərçivəsində həyata keçirilib.

İranda qadınların ictimai yerlərdə hicab taxması tələbi 1979-cu il İslam İnqilabından qısa müddət sonra qanunla təsbit edilib.

"Təəssüf ki, polis 137 mağaza və 18 restoran və iş yerini geyim qaydalarına riayət etmədiyi üçün bağlamalı olub" - Təsnim xəbər agentliyi polis sözçüsündən sitat gətirib.