İlon Mask “Starship”in ilk buraxılış tarixini təsdiqləyib


“Starship” kosmik gəmisinin ilk sınaq buraxılışı aprelin 17-də bazar ertəsi baş tutacaq.

“Report” xəbər verir ki, buraxılış tarixini amerikalı sahibkar, “Tesla” şirkətinin rəhbəri və “SpaceX”in qurucusu İlon Mask öz tviter hesabında təsdiqləyib.

“Buraxılış cəhdi sabahdır”, - o qeyd edib.

Qeyd edək ki, “Starship” Yerə yaxın uçuşlar, günəş sinxron və geotransfer orbitlərinə, həmçinin Marsa planetlərarası uçuşlar üçün nəzərdə tutulub.