Türkiyə Sudandan vətəndaşlarını təxliyə edir

Türkiyə Sudandan vətəndaşlarının təxliyəsinə başlayıb.

APA “TRT Haber”ə istinadla xəbər verir ki, birinci mərhələdə Sudandan 140 nəfər təxliyə edilib.

Təxminən 1000 nəfər Türkiyə vətəndaşı ölkəyə Sudanın paytaxtı Xartumdan və paytaxtın cənub-şərqindəki Vad Mədəni şəhərindən yola düşüb. Türkiyə vətəndaşları quru yolu ilə Efiopiyanın paytaxtı Əddis-Əbəbəyə, oradan da təyyarə ilə İstanbula gedəcəklər.