2022-ci ildə qlobal hərbi xərclər 2 trilyon dolları ötüb

2022-ci ildə qlobal hərbi xərclər real ifadədə 3,7% artaraq 2,24 trilyon dollara çatıb.

APA-nın xəbərinə görə, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında deyilir.

Ən çox hərbi xərcləri olan ölkələr ABŞ, Çin və Rusiyadır. Dünyadakı hərbi xərclərin ümumi həcminin 56%-i bu 3 ölkənin payına düşür. Ukraynadakı vəziyyət və Şərqi Asiyadakı gərginlik 2022-ci ilə kimi səkkiz il ardıcıl davam edən artımın əsas hərəkətverici qüvvəsi olub.

Avropada hərbi xərclərin artımı 13% təşkil edib. Bu, birbaşa Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Ukraynaya hərbi yardım və Rusiya təhlükəsi ilə bağlı narahatlıqlar Avropa ölkələrini hərbi büdcələrini artırmağa vadar edib.