Fransanın “Le Monde” qəzetinin saytında Türkiyədə seçki nəticələri üçün istifadə edilən xəritə Yunanıstanda reaksiyaya səbəb olub.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, yunan mətbuatı xəritədə Rodos, Kos və Sakız kimi Şərqi Ege adalarının Türkiyənin seçki dairəsində göstərilməsinə diqqət çəkib.
Bildirilir ki, Yunan mətbuatının diplomatik mənbələrə əsaslandığı xəbərdə Yunanıstanın xarici işlər naziri Nikos Dendiasın göstərişi ilə Yunanıstanın Parisdəki səfiri Dimitrios Zevelakis qəzet rəhbərliyinə məktub göndərərək xəritədəki səhvin düzəldilməsini tələb edib və xəritə silinib.
Qeyd edək ki, xəritə “Le Monde” qrafika şöbəsi tərəfindən hazırlansa da, seçki məzmununun mənbəyi kimi “Anadolu” Agentliyi göstərilib.
Mənbə: Haber Global