Kraliça Yelizavetanın nəvəsi dünyaya gəlib

Taxt-taca daha bir varis 

 Bu günlərdə Böyük Britaniya kral ailəsində artım var. Mərhum kraliça II Yelizavetanın kiçik oğlu şahzadə Endryu kiçik qızı şahzadə Yevgeniya ikinci övladını dünyaya gətirib. Şahzadə ikinci oğlunun dünyaya gəlməsini sosial media vasitəsilə bəyan edib. 

Bu barədə “Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir. Məlumdur ki, şahzadə Endryu haqqındakı zorakılıq və təcavüz olaylarından sonra həyat yoldaşı Sara Ferqusondan boşanmışdı. Və ana kraliçanın da “gözündən düşmüşdü”. Şahzadənin kiçik qızı Yevgeniya iş insanı Cak Brooksbank ilə evlidir. Şahzadənin ikinci dəfə ana olması bir müddət gizli saxlandıqdan sonra açıqlanıb. Şahzadə yeni doğulmuş övladına Ernest Corc Ronnie Brooksbank adını verib. 


Bu körpə də özündən 2 yaş böyük qardaşı kimi Londonun Portland xəstəxanasında  dünyaya gəlib. Şahzadə yeni doğulan körpəsinin də, 2 yaşlı oğlunun da fotolarını instaqram hesabında paylaşıb. Şahzadə fotoya “Augie artıq indidən özünü böyük qardaş kimi aparır” sözlərini yazıb. Yeni doğulan körpə kral taxt-tacının 13-cü varisidir. Bekinqhem Sarayı da şahzadənin sağlam bir şəkildə övlad dünyaya gətirdiyini sevinclə xəbər verib. Ernest kraliça Yelizavetanın vəfatından sonra dünyaya gələn ilk nəvədir. 
Məlahət