Şakira Tom Kruzu yox, onun dostunu seçdi


Rədd cavabı aktyoru dərindən yaraladı
  Pop “ulduzu” Şakiranın Hollivud “ulduzu” Tom Kruza rədd cavabı verməsi, aktyoru dərindən yaralayıb. Dünya mediası hazırda bu xəbəri müzakirə edir. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, ötən həftələrdə Formula I yarışlarını izləmək üçün Mayamiyə gedən dünya şöhrətli ifaçı Tom Kruzla görüntülənib. Səmimi görüntülər ikilinin arasında sevgi macərasının olması ehtimalı yaradıb. Lakin Şakira tərəfdən gələn açıqlamalar bu ehtimalı yalanlayıb. Açıqlamalarda “Şakira Tom Kruzun dostu, Formula I “ulduzu” Levis Hamiltonla da fotokameralara yaxalanıb” deyilirdi. Tom Kruzla bağlı isə “Şakira haqqında yayılan xəbərləri gülməli hesab edir. Şakiranın Tom Kruza qarşı heç bir özəl duyğusu yoxdur. Sadəcə, dostyana davranıb. Tomun nəzakətli davranışı ifaçını məmnun edib. Ancaq bu qədər. Aralarında başqa heç bir münasibət yaranmayıb”, açıqlaması verilib. Eyni mənbələr bunu da bildirib ki, Tom Kruz Şakiraya “röyalarımın qadını” deyə müraciət edib, Şakira isə “məni başdan çıxara biməzsən, bu rəftarından əl çək”, söyləyib. Bu olayların ardınca Şakira Formula I “ulduzu” Levis Hamiltonla fotokameralara tuş gəlib. Onlar axşam yeməyində bərabər olub, gəmi gəzintisinə də birgə çıxıblar. Bu da Şakiranın Levis Hamiltonla eşq yaşadığı söz-söhbətlərinin yayılmasına səbəb olub. Hamiltonun İspaniya "Grand pri"sindəki uğurunu qeyd etmək üçün bir qrupla Barselonaya yollanan Şakira mərasimdə onunla birgə şəkil çəkdirib. Şəkildə Hamiltonun Şakiranı qucaqladığı görünür. “The Mirror”un yazdığına görə, Tom Kruza yaxın mənbə Şakiranın onu rədd edib, yaxın dostu Levis Hamiltonla sevgili olması aktyorun mənliyinə toxunub, o, özünü mənliyi zədələnmiş hesab edir. “Radar Online” danışan mənbə “Şakiranın bu hərəkəti Tomun eqosunda böyük yara açıb. Xüsusən də Tom, Levisi dostu olaraq gördüyü üçün bu onu daha dərindən sarsıdıb”, söyləyib.