İmamoğluna qarşı yeni iddia: 3 ildən 7 ilə qədər həbs cəzası ala bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu cümə axşamı məhkəmə qarşısına çıxacaq.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Əkrəm İmamoğluna qarşı Beylikdüzü Bələdiyyə Başçısı olduğu müddətdə şərtləri yerinə yetirilməyən bir şirkətə tenderin verilməsi ilə bağlı “tender saxtakarlığı” ittihamı ilə 3 ildən 7 ilə qədər həbs cəzası ilə məhkəmə işi açılıb. 
Proses Daxili İşlər Nazirliyinin İmamoğlunun Beylikdüzü Bələdiyyə başçısı olması ilə bağlı araşdırması ilə başlayıb. Araşdırma predmeti 29 dekabr 2015-ci ildə keçirilmiş tender olub.

Daxili İşlər Nazirliyinin Mülki Müfəttişliyi hesabatını Büyükçekmece Respublika Baş Prokurorluğuna göndərib. Büyükçekmece prokurorluğunun hazırladığı iddianamədə xalqın 250 min lirə ziyana düşdüyü iddia edilib.

İttiham tərəfi müdafiə çıxışları alındıqdan sonra istintaqı yekunlaşdırıb. Aralarında İmamoğlunun da olduğu 7 ad haqqında “tender təşkil etmək” ittihamı ilə 3 ildən 7 ilə qədər həbs tələbi ilə iddianamə çıxarılıb. Vəkili isə iddia edib ki, İmamoğlu tender prosesinin heç bir mərhələsində iştirak etməyib, heç bir göstərişi və imzası yoxdur.

İş üzrə ilk məhkəmə iclası iyunun 15-də keçiriləcək.

Turan