Ölən qadın: Tabutda nəfəs aldığı ortaya çıxdı 

Ekvadorda tabuta qoyulan və öldüyü güman edilən yaşlı qadının sonradan  sağ olduğu aydın olub.

"Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, 76 yaşlı Bella Montoya adlı qadının insult keçirərək dünyasını dəyişdiyi açıqlanıb.

Dəfn mərasimindən əvvəl paltarını dəyişməyə hazırlaşan yaxınları qadını qoyulduğu tabutda nəfəs alarkən görüblər.

Montoya dərhal xəstəxanada reanimasiyaya alınıb. Ekvador Səhiyyə Nazirliyi məsələ ilə bağlı araşdırmaya başlayıb.