Tramp bu gün məhkəmə qarşısına çıxacaq

Bu gün ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Mayamidə məhkəmə qarşısına çıxacaq.


Bakupost.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Buna səbəb kimi keçmiş prezidentin məxfi dövlət sənədlərini gizlətməsi əsas gətirilir.


Tramp bu ittihamların siyasi motivli olduğunu bildirib.


Həmçinin, bu gün Trampın tərəfdarlarının avtobuslarla onu dəstəkləmək üçün Mayamiyə gələcəyi gözlənilir.