Stoltenberq: Asiya ölkələrini NATO üzvlüyünə cəlb etmək gündəmdə deyil

NATO Avropa ilə Şimali Amerikanı əhatə edir, alyans Şimali Amerika və Avropa alyansı olaraq da qalacaq. NATO-ya Asiya qitəsindən ölkələri üzvlüyə cəlb edərək qlobal təşkilata çevirmək gündəmdə olan bir məsələ deyil və heç kim bu barədə düşünmür.

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin iclasından qabaq təşkil etdiyi brifinqdə deyib.
Çinin yüksəlişindən meydana çıxan təhlükəsizliklə bağlı narahatlıqlar daxildir. Çin müasir silahlanmaya çoxlu investisiya qoyur, öz qonşularına qarşı təhdidkar ritorikadan istifadə edir, onları hədələyir və Rusiya ilə yaxınlaşır. Ona görə də biz ötən il təsdiqlədiyimiz Strateji Konsepsiyamızda Çini dəyərlərimizə, təhlükəsizliyimizə və maraqlarımıza təhdid kimi xarakterizə etmişik”, - Stoltenberq qeyd edib.

NATO Baş katibi vurğulayıb ki, bu ilin iyulunda Vilnüsdə keçiriləcək sammitə Avstraliya, Cənubi Koreya, Yeni Zelandiya və Yaponiya liderləri dəvət olunub.

"NATO müdafiə alyansıdır və bu alyans Avropa-Şimali Amerika alyansı olaraq qalacaq. Sadəcə müdafiə alyansı olaraq biz Hind-Sakit okean regionu ilə əməkdaşlığımızı gücləndiririk”, - Stoltenberq əlavə edib.