Ankara ilə Dəməşq arasındakı münasibətlər Qazaxıstanda düzələ bilər

İyunun 21-də Astanada Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin müavinlərinin görüşü keçiriləcək.

Bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov xəbər verib.

“Qazaxıstanda keçiriləcək görüşdə müzakirə olunacaq əsas mövzulardan biri də Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılmasına dair yol xəritəsi layihəsi olacaq”, - deyə rusiyalı rəsmi vurğulayıb.
Xatırladaq ki, mayın 10-da Moskvada Suriyanın sülh nizamlanmasına dair xarici işlər nazirləri səviyyəsində dördtərəfli görüş keçirilib.

Mənbə: Gazeta.ru