Ermənistanda qadınlar əsgər gedəcək - Qanun təsdiqləndi

Ermənistanda qadınların hərbi xidmətə getməsinə icazə verilib.
Bakupost.az xəbər verir ki, Milli Assambleyada Ermənistanda qadınların könüllü olaraq hərbi xidmət keçməsinə icazə verən qanun təsdiqlənib.
Ermənistanın müdafiə naziri Suren Papikyan açıqlamasında deyib:
“Qadın vətəndaşlar üçün könüllü hərbi xidmət sistemi tətbiq edilib. 18-27 yaş arası Ermənistan Respublikasının vətəndaşları müraciət edə bilər. Onların hərbi xidmət müddəti 6 ay olacaq. Çağırışa çağırılan qadın əsgərlər püşkatmadan təlim bölməsinə təyin olunacaq və birlikdə hərbi xidmət keçəcəklər. Bu məqsədlə hərbi xidmət keçən qadınların rəhbərlik edəcəyi xüsusi qadın batalyonunun yaradılması prosesi davam edir”.
Qanuna görə, 6 aylıq hərbi xidməti başa vuran qadınlara tərxis olunduqları zaman 1 milyon dram (4min 500 manat) ödəniləcək.
Qanun Ermənistan prezidentinin imzasından sonra qüvvəyə minəcək.

Qeyd edək ki, Ermənistanda 18-27 yaş arası kişilər 2 il müddətinə hərbi xidmətə çağırılır.
İldə iki dəfə, yayda və qışda əsgər qəbulu edilir.