Afrika liderləri Buçada olublar - FOTO

Ukraynada səfərdə olan Afrika ölkələrinin liderləri müharibə cinayətləri törədilmiş Buçada olublar.

APA xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Bildirilib ki, Zambiya Prezidenti Hakainde Hiçilema, Seneqal Prezidenti Maki Sall, Komor Adaları İttifaqının Prezidenti Azali Assoumani, Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza və Misir Baş naziri Mustafa Madbuli Buça şəhərindəki kütləvi məzarlığı ziyarət ediblər.