Peruda 3000 ildən çox yaşı olan mumiya tapılıb

Cənubi Amerika ölkəsi Peruda arxeoloji qazıntılar zamanı 3000 ildən çox yaçı olduğu təxmin edilən mumiya tapılıb.

Sherg.az xəbər verir ki, mumiya, paytaxt Limanın Rimak vadisindəki arxeoloji sahədə davam edən qazıntılar zamanı aşkar edilib.

Rimak şəhərinin meri Nestor de La Rosa açıqlamasında mumiyanın bölgənin tarixini və ənənəsini qorumaq üçün qurulan "Huaca La Florida" tədqiqat proqramı sayəsində kəşf edildiyini bildirib.


San Markos Mayor Milli Universitetin arxeoloq tələbələri mumiyanın yerli pambıqdan hazırlanmış dəfn paketinə bükülmüş halda tapıldığını bildiriblər.


Bildirilib ki, qazılan ərazi qəbiristanlıq ərazisi olub, ətrafında butulkalar, boyunbağı kasaları, qarğıdalı, dəniz qabıqları, qabıqlı balıqlar və koka yarpaqları aşkar edilib.


Tapılan mumiyanın nazirliyin dəstəyi ilə mütəxəssislər tərəfindən diqqətlə araşdırılacağı paylaşılıb.

Turan