Türkiyə MN: “Krımın da daxil olduğu Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik”

Türkiyənin yeni təyin edilmiş müdafiə naziri Yaşar Gülər Ukraynada davam edən müharibə ilə bağlı açıqlama verib.

Türkiyənin müdafiə naziri qeyd edib ki, ​​Ankara Ukraynadakı münaqişənin həllinə töhfə verməyə hazırdır və Türkiyə dövləti Ukraynanın ərazi bütövlüyünün qorunmasını vacib şərt hesab edir.

Türkiyəli nazir bu fikirləri Brüsseldə NATO-ya üzv ölkələrin nazirlərinin toplantısında söyləyib.

“Brüsseldə keçirilən görüşdə biz Krımın da daxil olduğu Ukraynanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyimizi bir daha bəyan etdik”, - Yaşar Gülər vurğulayıb.

Mənbə: NTV