Dəniz hücumunda sağ qalmışdı  - FOTOLAR

100 yaşını haqlamış əsgər həyatla vidalaşıb

  Müttəfiq dövlətlərin İkinci Dünya müharibəsinin gedişatına böyük mənada müsbət təsir etmiş Normandiya çıxışının yeganə canlı əfsanəsi – fransız əsgər Leon Gautier 100 yaşında vəfat edib.

 “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, müttəfiq dövlətlərin komando dəstəsinin tərkibində amerikan, ingilis, fransız və kanadalı əsgərlər olub.  Komandoların Normandiya sahillərindən çıxışının Avropanın faşist işğalından xilasında rolu böyükdür. Komando dəstəsi üzvlərindən həyatda qalan Leon Gautier  idi. 


 
O, 1944-cü ildə cəbhəyə gedib və komando birliklərinin tərkibində döyüşüb. 1944-cü il iyunun 5-dən 6-na keçən gecə 722 hərbi gəmi, 2000 təyyarə və 132 min əsgərdən ibarət donanma Normandiya sahillərindən hücuma keçib. Bu, tarixdə ən böyük dəniz hücumu hesab edilir. Bu döyüşlər zamanı 21 yaşında olan Leon Gautier sağ qalıb. 


 

 
100 yaşını haqlamış əsgər artıq həyatla vidalaşıb. Gautier  verdiyi bir müsahibədə müharibənin dəhşətlərindən danışıb: “Müharibə səfalətdir. Bəlkə mən bir gənci öldürmüşəm, onun həyat yoldaşı dul qalıb, bəlkə bir ananı ağlatmışam. Bunları etməyi heç istəmədim. Amma məni buna müharibə məcbur etdi. Sənə heç bir pislik etməmiş birisini öldürürsən. Və bunu ölkən üçün edirsən”.