Həyatı göylərdə keçən adamın hekayəsi: Çox maraqlıdır


Qazandığı bonuslar hesabına Tom Stuker kral həyatı sürür. Lüks hotel otaqlarında gecələyir, dəniz səfərlərinə çıxır

  Bu adam təyyarə ilə ümumilikdə 37 milyon kilometr yol qət edib. Bu, “Apollon 11” kosmik gəmisinin  qət etdiyi məsafədən nə az, nə çox, tam 35,4 milyon kilometr artıqdır.

 “Sherg.az”  “tr.mashable.com”a istinadən həyatı göylərdə keçən adamın hekayəsini təqdim edir. Hər şey ABŞ-nin “United Airlines” hava yolları şirkətinin bir xətası üzündən baş verib. Nyu-Cersi ştatının sakini Tom Stuker 1990-cı ildə şirkətin 290 min dollara satışa çıxardığı “ömür boyu uçuş” biletini alıb. Bundan sonrası məlumdur. Tom Stuker  o gündən bu günə ömrünü göylərdə - təyyarə reysləri ilə ürəyi istəyən ölkəyə səfər edərək keçirir. Onun təyyarə salonundakı kreslosu 1B-dir. Bu rahat oturacaqda hətta bir dəfə 12 gün fasiləsiz uçuş həyata keçirib – Nevarkdan San-Fransiskoya, oradan Banqkoka, ordan da Dubaya eyni reyslə uçub. Bu isə Yer kürəsinin ətrafına 4 dəfə dolanmaq anlamına gəlir. T.Stuker  təyyarədən yalnız nahar etmək üçün enib. Bu uçuşlar Toma əlavə bonuslar da qazandırır. Yəni o, hər dəfə bir reys həyata keçirdikcə, bonusları da durmadan artır. T.Stuker qazandığı bonusları sadəcə başqa ölkələrə, şəhərlərə yeni səyahətlər etmək üçün xərcləmir. 


 
 Bunlar elə bonuslardır ki, onları da satışa çıxara bilir və beləcə, qazanc da əldə edir. Hətta bu bonuslarla mübadilə etmək, auksionda iştirak etmək də mümkündür.  Qazandığı bonuslar hesabına Tom Stuker kral həyatı sürür. Lüks hotel otaqlarında gecələyir, dəniz səfərlərinə çıxır, Parisin məşhur restoranlarında nahar edir. Bütün bu lüks həyat qazandığı bonuslar hesabınadır.  T.Stuker müsahibəsində deyib ki, 2019-cu il ən uğurlu olub: “Bu mənim ən uğurlu ilim idi. Təyyarədə 373 dəfə uçmuşam. Bu toplamda 2.3 milyon kilometr məsafə edir. Bu uçuşlar üçün pul ödəməli olsaydım, 2.44 milyon dollar ödəməli olacaqdım. Amma mən bu uçuşları pulsuz – havayı etmişəm. T.Stuker ancaq özünü düşünməyib. Qazandığı bonusları toplayıb qardaşının evinin təmirinə kömək edib. T.Stuker "Walmart" marketlər şəbəkəsində 50 min dollarlıq hədiyyə çeki məsrəfləri ödəyib. Bonus qazanmaq ustası “Seinfeld” serialında rol almaq üçün 451 min bonus ödəyib və serialda restorandakı müştəri obrazını canlandırıb. 


T.Stuker 100-dən artıq ölkəyə səfər edib. Aviaşirkət isə nə vaxtsa etdiyi böyük xətadan bir nəfərin necə ustalıqla istifadə etdiyini uzun müddət sakitcə izləyib. Nəhayət, ondan istifadə etməyin üsulunu tapıb.  Aviaşirkət 2 təyyarəsinə Ton Stukerin adını verib. Bu da bir reklamdır.  Şirkət T.Stukerdən təcrübəli sərnişin kimi bəzi məsləhətlər də alır. T.Stuker digər təyyarə reysinə gecikməsin deyə, təyyarə pilləkənlərinin qarşısında onu “Mersedes”  gözləyir.  Cənab Stuker ən məşhur sərnişinlərdən öncə təyyarə salonuna qalxır və yerini rahatlayır. Həyatı göylərdə keçən Tom Stuker uçuşlarda bədbəxt hadisələrlə də qarşılaşıb. Onun gözü önündə 4 ölüm hadisəsi baş verib. Ölümlərin dördü də ürək çatışmazlığından olub.