Nəhəng səyahət gəmisi yola çıxdı, “Titanik”dən 5 dəfə böyükdür 

  Hazırda dünyada ən nəhəng səyahət gəmisi “Icon of Seas” dənizə endirilib. O, hələ də haqqında 
əfsanələr dolaşan “Titanik”dən 5 dəfə böyükdür. Təki, “Titanik”in acı taleyini yaşamasın. 

“Sherg.az”  bu haqda “HaberTürk”ə istinadən xəbər verir. Nəhəng sərnişin və səyahət gəmisi haqqında 
məlumatı “Royal Caribbean International”  paylaşıb. Gəminin istehsalçısı da bu şirkətdir. Gəmi 
bu günlərdə Finlandiya sahillərindən ilk yolçuluğuna başlayıb. Bu, sınaq səyahətidir. Gəminin 
daxilində səyahətçilərə lazım ola biləcək hər şey var. 5 min 600 sərnişin daşıyacaq gəminin ilk 
real səfəri isə 2024-cü ilin yanvar ayına planlaşdırılıb. Gəmi heyəti isə 2 min  350 nəfərdən ibarət 
olacaq. Bu o deməkdir ki, ümumilikdə gəmidə 8 min nəfər olacaq. Gəmidə dünyanın ən böyük 
su hovuzu tikilib.



Daxildə "Central Park"a bənzər bir bölüm də yer alır. Gəmi o qədər də kiçik 
olmayan bir dünyaya bənzəyir. Burada 8 ayrı-ayrı hissələr var ki, onlardan 3-ü ailələr üçün 
nəzərdə tutulub. Gəmidə buz meydançası, qolf sahəsi, 47 metr hündürluyündə şəlalə 
yerləşdirilib. Gəminin uzunluğu 365 metr, ağırlığı 250.800 tondur. “Royal Carribbean Group”un 
başqanı Jason Liberti deyib ki, bu gəmiylə səyahət edənlər heç nədən korluq çəkməyəcək. 
İstədikləri nə varsa, hamısı əlçatan olacaq.