“Oskar” mükafatçısı hakim qarşısında - FOTO

Aktyor cinsi istismara görə cəzalanacaq 

  Hollivud aktyoru, “Oskar” mükafatçısı Kevin Speysi barəsində yeni iddialar ortaya çıxıb. 

“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, aktyor 4 nəfərə qarşı cinsi zorakılıq etmək də daxil, 
daha 12 cinayət əməlinə görə suçlanır. İstintaq onun İngiltərədə 2005-2013-cü illər arasında 
Qlouçesterşiri 4 nəfərə qarşı cinsi istismar hərəkətlərini araşdırır. 63 yaşlı aktyor isə iddiaları 
rədd edib. 


“Varieti”nin xəbərinə görə, aktyorun ona qarşı cinsi zorakılıq etdiyini iddia edən adam 
“o,  "Seven" (Yeddi) filmində canlandırdığı xarakter kimi davranırdı. Bir qədər qorxulu idi. 
Amma filmdəki qədər zalım deyildi”, söyləyib. Qeyd edək ki, “Yeddi” filmində (rejissor Devid 
Fincer) K.Speysi 7 cinayət əməlinə görə cəza almış qatı cinayətkar rolunda çıxış edib. Aktyor 
istintaqa cəlb edilməsində medianı günahlandırıb: “Media məni canavar kimi təqdim etmək üçün 
əlindən gələni etdi. Amma mən insanlardan özümə qarşı sevgi gördüm”.