“Mən sağam!”  - Zəlzələdə özünü itirmiş adamın dramı


Zəlzələdən sonra adı “öüllər”  siyahısına düşən Nurəddin Geçim sağ qaldığını, ölmədiyini isbat edə bilmir. 43 yaşlı fotoqraf adı “ölülər” siyasıhına düşdüyündən işini də itirib. 


“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, qardaş Türkiyədə məlum Kahramanmaraş zəlzələsindən sonra N.Geçimin adı həlak olanlar siyahısına səhvən salınıb. Zəlzələ zamanı Nurəddin dayısını və dayısının həyat yoldaşını itirib. Dayısının ölüm haqqında şəhadətnaməsi hazırlanarkən N.Geçim yaxın qohum kimi özünün şəxsiyyət vəsiqəsini təqdim edib. Qeydiyyat aparan məmur dayını ölü olaraq qeyd etmək əvəzinə N.Geçimin adını siyahıya salıb. Dayının cənazəsi torpağa tapşırılıb, dəfn bitdikdən sonra Ankarada göz xəstəxanasına müayinə üçün gedən N.Geçim adının ölülər siyahısında olduğunu bilib. “Öldü”, zənn edildiyindən N.Geçim çalışdığı inşaat firmasında işdən çıxarılıb. Sosial müdafiə qurumu “ölü adamın adına əmək haqqı yazırsınız, size cəzalandıracağıq” xəbərqarlığı edib. 

Hazırda N.Geçim bir qohumuna mənsub meyvə-tərəvəz piştaxtası arxasında dayanaraq çörək pulu qazanır. Eyni zamanda sağ olduğunu isbatlamaq üçün qeydiyyat şöbəsinə müraciətinə nə zaman cavab veriləcəyini gözləyir. N.Geçim AA müxbirinə müsahibəsində “zəlzələdə həm qohumlarımı itirdim, həm də özümü. İşim yoxdu, əmək haqqı almıram, bank kartımdan da istifadə edə bilmirəm”, deyib. Nurəddin Geçim yaşadığını isbatlamaq üçün özünə ad günü keçirməyi düşünür.