Tumac Salihi edamdan qaçır 

İranda məlum etiraz aksiyalarına mahnılaryıla dəstək verməsi ittihamıyla həbs edilən rep ifaçısı Tumac Salihi edam cəzasına məhkum edilə bilər.

 “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, rep ifaçısı bundan əvvəl edam cəzasına məhkum edilib. Lakin vəkili onun bəraətinə nail olub. İranda Məhsə Əmininin öldürülməsindən sonra vüsət alan xalq etirazları zamanı rep ifaçısı Tumac Salihi də saxlanılıb.

Ona “ölkədə pozuculuq fəaliyyəti ilə məşğul olmaq”dan dolayı 6 il 3 ay həbs cəzası verilib. 

“Şark” xəbər səhifəsinə danışan vəkil Rıza İtimad Ensari deyib ki, müvəkkili bundan öncə “ölkə rəhbərinə həqarət”ə görə məsuliyyətə cəlb edilib, lakin bəraət alıb. İndi isə T.Salihi zorakılığı və hakimiyyət nümayəndələrinə tabe olmamaq çağırışlarına görə həbs edilib.

Lakin vəkil ifaçının hüquqlarının müdafiəsini davam etdirdiyini və müsbət nəticəyə nail olacaqlarına əminlik ifadə edib.