KİV: Ukraynaya məxsus PUA Bryanskda zavoda zərbə endirib

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Rusiyanın Bryansk vilayətinin Starodub şəhərində yerləşən zavoda zərbə endirib.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Shot” telegram kanalı yayıb. Kanalın müəlliflərinin sözlərinə görə, hücum ötən gecə həyata keçirilib.

İddia olunur ki, Ukraynaya məxsus pilotsuz uçan aparatı “Konservsushprod” ASC-nin binasına partlayıcı maddə atıb. Hücum nəticəsində birinci sexin dam örtüyünə ziyan dəyib. Zərərçəkən və ya xəsarət alan yoxdur.