Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub.

Oxu.Az xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində yer alan idmançımızın 1/4 finalda məğlub olduğu rəqibi - Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjava finala vəsiqə qazana bilməyib.

Dolqorjavanın finala gedən yolda ABŞ-li Sara Hildebranta uduzması Stadnikin təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.