Türkiyədə “Dəmir Qübbə" HHM sistemi yaradılacaq

Türkiyədə süni intellekt vasitəsilə “Dəmir Qübbə” hava hücumundan müdafiə (HHM) sistemi yaradılacaq.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən müdafiə sənayesi icraiyyə komitəsinin iclasında bildirilib.

Qeyd olunub ki, “Dəmir Qübbə” layihəsi HHM sistemlərinin vahid şəbəkəyə inteqrasiyasını və real vaxt rejimində qərarların qəbulu üçün onun vasitəsilə məlumatların ötürülməsini nəzərdə tutur.