Sabah bu ərazidə qaz olmayacaq

Sabah İmişli rayonunun 23 yaşayış məntəqəsində qaz kəsiləcək.
"Report"un Muğan bürosunun məlumatına görə, “İmişli 1” ölçü qovşağından qidalanan D 219 mm-lik daşıyıcı qaz kəmərinin qaynaq hissəsində yaranmış nasazlığın aradan qaldırılması məqsədilə saat 09:00-dan etibarən işlər yekunlaşanadək İmişli şəhər mərkəzi, 20 kənd, 2 qəsəbədə (ümumi 17 969 abonent) “İmişli 1” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Abinentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.