İsrail ordusu: Livandan 30 raket atılıb

Livandan İsrail ərazisinə azı 30 raket atılıb, onların bəziləri hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib, itki yoxdur.
"Report"un məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər yayıb.
“Hazırda İsrailin yanğınsöndürmə xidmətləri raketlərin düşməsindən sonra bir sıra bölgələrdə baş vermiş yanğınların söndürülməsi üzərində işləyir”, - hərbçilər bildirib.