Ukrayna rəsmisi nüvə silahına malik ölkələrdən kömək istəyib

Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov nüvə silahına malik ölkələrdən kömək istəyib.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, o, bu barədə telemarafonun efirində deyib.

O.Danilovun sözlərinə görə, nüvə silahı olan ölkələrin Ukraynaya yardım göstərməsi vacibdir.

Şuranın katibi söyləyib ki, iyulun 11-12-də Vilnüsdə keçirilmiş NATO sammitinin əsas hadisələrindən biri G7 ölkələrinin Kiyevə təhlükəsizlik zəmanəti verməsi oldu: “Bu iclas göstərdi ki, biz NATO üzvü olacağıq. Üstəlik, bundan sonra Rusiya imperiyası olmayacaq”.