Hər an ağlayan körpənin dərdini anası tapdı - FOTOLAR

Türkiyənin İğdır şəhərində doğulandan bəri davamlı ağlayan 2 aylıq körpənin dərdinə dərmanı anası tapıb. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, 2 ay əvvəl üçüncü uşağını İğdırda dünyaya gətirən Özlem Gökdere Adəm adını verdikləri oğlunun bütün müayinələrini etdikdən sonra xəstəxanadan buraxılıb. 


Uşağın davamlı ağlamasına “Qaz var, körpədir” deyən ana vəziyyəti o qədər də fərq etməyib. Günlər keçdikcə uşağın narahatlığının artdığını görən ana Özlem və ata Ümit Gökdere uşaqlarını xəstəxanaya aparsalar da  nəticə olmayıb. Ana səpgilərin həşərat dişləməsi olduğunu düşünüb. Ertəsi gün uşağın bezini dəyişdirərkən səpgi olan yerdə dəmir parçası diqqətini çəkib.



 
 Dəmirin ucunu yoxlayan ana onu dartıb və körpənin ayağına ilişmiş 4 sm-lik iynə parçası ilə qarşılaşıb. Ailə iynənin doğuş zamanı körpənin ayağına ilişdiyini düşünür. Xəstəxana bu iddianı təkzib edib. Ailə isə xəstəxananı məhkəməyə verib.

Turan