Üç nazir vəzifəsini tərk edib

Moldovanın təhsil naziri Anatoli Topale, daxili işlər naziri Anna Revenko və infrastruktur naziri Liliya Dabija vəzifələrindən gedirlər.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Dorin Reçan brifinqdə bildirib.

İstefaların səbəbləri barədə məlumat verilməsə də, mətbuat bunun həm də bu yaxınlarda Kişineu Beynəlxalq Hava Limanında baş vermiş son faciəvi hadisə ilə bağlı olduğunu iddia edir.

Baş nazir hər 3 vəzifəyə namizədlərin siyahısını iyulun 17-də Prezident Maya Sanduya təqdim edəcəyini deyib.

Xatırladaq ki, iyunun 30-da axşam saatlarında Kişineu hava limanında atışma olub, iki nəfər həlak olub. Ölənlərdən biri sərhəd polisinin əməkdaşıdır.