İnterneti kəsdilər - İran etirazları "boğa" bilmir  

"Sherg.az"ın " Azad İran"  kanalınına istinadən verdiyi  xəbərə görə , İran hökuməti Zahidanda interneti kəsib.
Dünyada interentə giriş məhdudiyyətlərini izləyən “NetBlocks” (kibertəhlükəsizliyə və internetin idarə olunmasına nəzarət edən təşkilat) bu gün Zahidan şəhərində internet bağlantısının əhəmiyyətli dərəcədə sıradan çıxdığını göstərən diaqram paylaşıb.
Qeyd edək ki, hər həftə cümə namazından sonra fars molla rejimi hökumət əleyhinə etirazların qarşısını almaq üçün regional internetin həftəlik kəsilməsi prosesi davam etdirir.

Turan