"Vaqner" qoşunları Belarusda hərbi təlimlərə başlayıb

Belarus Müdafiə Nazirliyi "Vaqner" qoşunlarının Belarus ərazisinə daxil olduğunu və Belarus əsgərlərinə təlim keçdiyini açıqlayıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyada silahlı qiyam başlatdıqdan sonra geri çəkilən və Belarusda hərbi fəaliyyətini davam etdirəcəyini açıqlayan rus muzdlu qruplaşmasının bir hissəsi Belarusa daxil olub.

Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı görüntülərə görə, "Vaqner" qoşunları paytaxt Minskdən təxminən 90 kilometr aralıda yerləşən Osipoviç şəhərində hərbi düşərgə qurub. "Vaqner" qoşunları Belarus ordusuna hərbi təlim verməyə başlayıb.

Belarus Müdafiə Nazirliyinin paylaşdığı məlumatda  “Vaqner" qoşunları Belarus əsgərlərinə döyüş meydanına keçmək, onların taktiki atış bacarıqlarını artırmaqla bağlı texniki və sanitar təlimlər keçib” deyilir.

Turan