Zelenski kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı müşavirə keçirib

Ukrayna Prezidenti Volodimir Zelenski kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı müşavirə keçirib.

"Report" xəbər verir ki, bu barədə prezident özünün tviter hesabında yazıb.

"Biz Avropa Komissiyası ilə razılaşmaya inanırıq, lakin istənilən ssenariyə hazırlaşırıq. Bizim mövqeyimiz aydındır: müvafiq məhdudiyyətlərin müddəti bitdikdən sonra sentyabrın 15-dən sonra quru yolu ilə ixracın qarşısının alınması heç bir formada qəbuledilməzdir. Hər kəsə uyğun bir həll tapmaq üçün bütün maraqlı tərəflərlə əlaqə saxlayırıq", - o deyib.