Vaqona girən ilan sərnişinləri qorxutdu

İngiltərədə qatara daxil olan ilan sərnişinlərə qorxulu anlar yaşadıb.

"Sherg.az" xarici mediaya istinadən bildirir ki, təxminən 1,5 metrlik ilan vaqonda dolaşmağa başlayıb.  Təlaşa düşən sərnişinlər qaçaraq o biri vaqona keçiblər.

İlanın zərərsiz olduğu ortaya çıxsa da, bu, sərnişinləri sakitləşdirməyə kifayət etməyib. 

Əlavə olaraq qeyd edək ki, ilan, qatar Leeds stansiyasına çatdıqdan sonra səlahiyyətlilər tərəfindən vaqondan çıxarılıb. Sağlam olduğu öyrənilən sürünənə  hazırda "Reptilia" adlı müəssisədə qulluq edilir.

Mənbə: Haberglobal.

Şahanə Tağızadə