235 min insan didərgin salınıb – BMT-dən sərt açıqlama
Yusif Nəzərli
09:21 28.12.2019
Dünya
828
Dekabrın 16-dan etibarən Rusiya tərəfindən dəstəklənən Suriya rejimi İdlib əyalətində hücumlara başlayıb.
«Sherg.az»«lefigaro.fr»ə istinadən xəbər verir ki, hücumlar nəticəsində azyaşlı köçkünlər Türkiyə ilə sərhəddəki düşərgəyə yerləşdiriliblər.
BMT –nin verdiyi məlumata görə, son iki həftə ərzində Rusiya dəstək verdiyi Suriya rejimi tərəfindən Suriyanın şimal-qərbində yerləşən İdlibdə başladılan hücum nəticəsində 235 min insan öz yurdundan didərgin salınıb. Hərbi əməliyyatların uzanması insanları təşvişə salıb. Vətəndaşlar, şimalda, İdlibin özündə və Türkiyə ilə sərhəddə qaçqın düşərgələrində sığınmağa çalışırlar. Ancaq minlərlə ailə, hava zərbələri və ağır atəş nəticəsində yollarda vurulmaqdan qorxur.
Abu al Majd Nassar adlı ailə başçısı bəyan edib ki, Putin Əsəd rejiminə qarşı olan bütün insanları məhv etmək istəyir.
Yazıda o da qeyd olunur ki, Suriyanın şimal-qərbində Rusiya və Əsəd qüvvələri güclənirlər. Doğrudur, onlar sivil vətədaşları qoruduqlarını elan etsələr də, çoxlu sayda xilasedicinin verdiyi məlumata görə, onlar şəhərləri, xəstəxanaları bombardman edirlər. Bunun nəticəsində çoxlu sayda insan tələf olur.
Bu cümə axşamı ABŞ prezidenti Donald Tramp Suriya rejimi, Rusiya və İranı İdlib əyalətində "qırğın" törətməkdə günahlandırıb. Amma Türkiyənin bu istiqamətdəki səylərini alqışlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm