“Priqojinin ölümü Ukrayna üçün pis xəbərdir” - Alman mediası

“Vaqner PMC-nin rəhbəri Yevgeni Priqojinin ölümü Ukrayna üçün pis xəbərdir”.

KONKRET.az xəbər verir ki, Almaniyanın Bild qəzetinin baş redaktorunun müavini Pol Ronzheimer belə hesab edir.

Ronzheimerin sözlərinə görə, Vaqnerin rəhbəri Baxmutda minlərlə ukraynalı əsgərin ölümünə, eləcə də çoxsaylı hərbi cinayətlərə və işgəncələrə görə məsuliyyət daşısa da, son aylarda o, Rusiya hakimiyyəti üçün mühüm sabitliyi pozan amil olub. Ona görə də onun hərəkətləri “düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə Ukraynaya sərfəli idi.

“Düşünürəm ki, Priqojin həqiqətən ölübsə, bu, Vladimir Putin üçün sabitləşdirici amildir və beləliklə, Ukrayna üçün heç də yaxşı xəbər deyil. Bu həm də ABŞ və Almaniyaya bir siqnaldır…”, – deyə Ronzheimer bildirib.