Danimarkalı diplomat bir həftədə beşinci dəfə Türkiyə XİN-ə çağırıldı

Danimarkanın müvəqqəti işlər vəkili yenidən Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bu, həftə ərzində Danimarka diplomatının Türkiyə XİN-ə çağırılması ilə bağlı beşinci haldır.

Buna səbəb Danimarkada Türkiyə diplomatik missiyasının binası yaxınlığında Qurani-Kərimin təhqir olunmasıdır.