Kanadanın Ukraynada yeni səfiri təyin olunub

Kanada diasporla sıx bağlığı olan hökumət rəsmisi Natalka Simosu Ukraynaya yeni səfir təyin edib.

APA xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Yeni səfir Kanadanın Kiyevdə gözü və qulağı olacaq. Bu çətin günlərdə diplomat Kanadanın Ukraynaya uzunmüddətli perspektivdə dəstəyinə təkan verəcək”, - deyə bildirilib.