Stoltenberq İsveçin payızda NATO-ya üzvlüyünə ümid edir

NATO-nun Baş katibi Yens Stoltenberq İsveçin 2023-cü ilin payızında Alyansa rəsmən qoşulacağını hesab edir.


Bakupost.az xəbər verir ki, bu barədə Alyansın rəhbəri SVT telekanalına müsahibəsində bildirib.

İsveçin payızda Alyansa qoşulub-qoşulmayacağı ilə bağlı suala o belə cavab verib: “Mən həmişə konkret tarixlərə çox diqqətli yanaşıram, amma optimistəm”.