Çin və Pakistan Hərbi Hava Qüvvələrinin birgə təlimləri keçiriləcək

Çin Xalq Respublikasının (ÇXR) və Pakistanın Hərbi Hava Qüvvələri yaxın vaxtlarda Çinin şimal-qərbində "Qəhrəman Qartal - 10" adlı birgə təlimlər keçirəcək.

Trend xəbər verir ki, bu barədə Çinin Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, təlimlər Tzütsüan (Qansu əyaləti) və İnçuan (Ninsya-Huey Muxtar Rayonunun inzibati mərkəzi) şəhərlərinin ərazisində keçiriləcək. Onlar avqustun sonundan sentyabrın ortalarına qədər davam edəcək.

Bu təlimlərin “iki ölkənin silahlı qüvvələri arasında praktiki əməkdaşlığın dərinləşməsinə, real döyüş hazırlığının səviyyəsinin yüksəldilməsinə yardım edəcəyi” gözlənilir.