ABŞ Rusiyadakı qəzanın səbəblərini dəqiq öyrənmək istəyir

ABŞ “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsinin necə qəzaya uğramasını aydınlaşdırmaq niyyətindədir. 


“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sky” telekanalı məlumat yayıb. 

Məlumata görə, qəza barədə danışan Bayden bildirib ki, ABŞ Priqojinin təyyarəsinin qəzaya uğramasının səbəbini dəqiq müəyyən etməyə çalışır.