Dünyanın supergüclərindən biri Çinlə tez-tez üz-üzə gələn ABŞ mümkün müharibə ssenarisi ilə gündəmə gəlib. Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, Müdafiə nazirinin müavini Ketlin Hiks ABŞ-ın Çin ordusuna qarşı mənfi cəhətlərini aradan qaldırmaq üçün yaxın 2 ildə həyata keçirəcəyi planı açıqlayıb.
21-ci əsrin əvvəllərində İraqı işğal edən və Yaxın Şərqi mərkəz nöqtəsinə gətirən ABŞ, Donald Trampın prezidentliyi dövründə Barak Obamanın işarə etdiyi ox dəyişikliyini təcəssüm etdirdi. Vaşinqton administrasiyası Suriya kimi ölkələrdəki hərbçilərinin sayını azaldıb Cənubi Asiyadakı müttəfiqləri ilə Çini mühasirəyə almağa başlayanda Yaxın Şərq siyasətində boşluqlar və boz sahələr meydana çıxdı.
Rusiyanın Ukraynaya hücumu isə balansı kökündən dəyişdi. Avropanı zorla beynəlxalq gündəminin zirvəsinə yerləşdirən ABŞ Kiyev administrasiyasına on milyardlarla dollarlıq silah yardımı etdi. NATO müttəfiqləri də Vaşinqton administrasiyasının arxasınca getdi.
Tayvanla bağlı çəkişməyə girən ABŞ mübahisəli Cənubi Çin dənizi ətrafındakı ölkələrlə bir-bir razılaşma əldə edərək Pekin administrasiyasını mühasirəyə aldı. Amerika əsgərlərinin 30 ildən sonra ilk dəfə Filippinə qayıtmasına imkan verən razılaşma ilə 2023-cü ilin fevral ayından etibarən ABŞ-ın Cənubi Çin dənizi ətrafında yaratmağa çalışdığı müdafiə qalxanı tamamlandı. Cənubda Avstraliya, şimalda isə Yaponiya və Cənubi Koreya ilə eyni xəttdə çatışmayan yeganə dövlət isə Filippin idi.
Pekin administrasiyası ABŞ-ın təyyarədaşıyan gəmilərinə, xüsusən də Tayvan boğazı və Cənubi Çin dənizinə qəzəbini gizlətməyib. Tərəflərə məxsus döyüş təyyarələri havada dəfələrlə kozır paylaşaraq bir-birinin yolunu kəsən Pekin, Vaşinqtonun himayəsində olan Tayvanı işğal edə biləcəyini dəfələrlə bəyan edib.
Tayvana hər il milyonlarla dollarlıq silah satan ABŞ-ın Çinə qarşı yeni planı pilotsuz təyyarələrdir. ABŞ-ın yüksək səviyyəli müdafiə rəsmisi bazar ertəsi günü bildirib ki, Pentaqon Çinin şəxsi heyət və hərbi texnika baxımından say üstünlüyünə qarşı çıxmaq üçün qarşıdakı iki il ərzində minlərlə pilotsuz təyyarə buraxmağı planlaşdırır.
Pekinin əsas üstünlüyünün “kütləvi” olduğunu bildirən Müdafiə Nazirinin müavini Ketlin Hiks, Çinin əslində raket, canlı qüvvə və gəmi baxımından onlardan üstün olduğunu ifadə edərək deyib:
“Çinə texnikanın çoxluğu ilə cavab verəcəyik. Bununla belə, cavabımız daha planlı olacaq və qarşısını almaq çətin olacaq.
Ən həssas problemi olan Tayvan ucbatından Çin Cənubi Çin dənizində davamlı olaraq ABŞ-la tez-tez qarşılaşır. Pekin administrasiyası mübahisəli sularda qurduğu süni adalarda çoxlu hərbi bazalar və infrastruktur obyektləri yerləşdirib, lakin Tayvan, Vyetnam, Filippin, Malayziya və Bruney kimi ölkələr də adalara iddialıdır.