Ərdoğanla anlaşdı: Elon Mask Türkiyədə işlərə başlayır



ABŞ-də səfərdə olan Tqrkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan Nu-Yorkdakı Türk Evində bir sıra görüşlər keçirib, həmçinin Tesla və SpaceX-in qurucusu, dünyanın ən varlı adamlarından biri Elon Maskla da görüşüb.

 Onlar səmimi söhbət edib. Sherg.az türk mediasına istinadən xəbər verir ki, Tesla şirkətinin Türkiyə bazarına da daxil olduğunu vurğulayan R.T.Ərdoğan E.Maska şirkətin sayca 7-ci fabrikini Türkiyədə açmağı təklif edib. R.T.Ərdoğan söhbət əsnasında E.Maska “Daha ədalətli bir dünya mümkündür” kitabını hədiyyə edib. O cümlədən, R.T.Ərdoğan E.Maskı İzmirdə düzənlənəcək Teknofestə də dəvət edib. Görüş zamanı E.Maskın kiçik oğlu da yanında olub. R.T.Ərdoğan E.Maskın oğluna futbl topu hədiyyə edib. Görüş barədə açıqlama verən Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır isə “Türkiyəmiz üçün gözəl xəbərlər var”, söyləyib.