Qızına 111 dəfə zəng çalan ana həbs edildi

Bu inanılmaz hadisə Cənubi Koreyada baş verib. 

“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, qızının mobil telefonuna gün ərzində 306 qısa mesaj göndərib, 111 dəfə zəng çalan ana 6 aylıq həbs, 2 illik də müşahidə altında tutulmaqla sərbəst hərəkətinin məhdudlaşdırılması cəzasına məhkum edilib. Üstəlik, qadın 40 saatlıq da təlim kursuna cəlb edilib. Qadına bu cəzalar qızını gün ərzində həddindən çox arayıb, narahat etdiyi üçün verilib. 

Məhkəmə qərara gəlib ki, ananın bu cür davranışı bir insana təcavüz, onu çətin duruma salmaqdır. “The Korean Herald” qəzetinin xəbərinə görə, ananın qızına mesajları əvvəlcə nisbətən yumşaq tonda olub. Ana qızına İncili oxumağı tövsiyə edir, evdə olub-olmadığını soruşurdu.  Qızı mesajlara cavab vermədikdə sərt sözlərlə təhqir edilib. Ana bununla kifayətlənməyərək qızını təqib edib, evinə tez-tez gedib, evin hər künc-bucağını yoxlayıb. Məhkəmə ananın bi hərəkətlərini yetişkin bir insanın həyatına yrsiz müdaxilə adlandırıb. Qadın həbs müddətində təqib etməyə qarşı da təlimlərə cəlb ediləcək.